Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid Şəhriyar Mirişli anıldı


Şəhid Şəhriyar Mirişli anıldı

23 oktyabr 2023, Bazar ertəsi
534
0
Bu gün Vətən Müharibəsi şəhidi Şəhriyar Mirişlinin anım günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, anım mərasimində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və ictimaiyyətin nümayəndələri iştirak edib. 

Mərasimdə şəhidin əziz xatirəsi ehtiramla anılıb, Vətən müharibəsindəki şəxsi şücayətlərindən söz açılıb. Qonaqlar şəhidin  doğmaları ilə görüşüb  başsağlığı veriblər.

Qeyd edək ki, 2002 -ci il təvəllüdlü Mirişli Şəhriyar Bəxtiyar oğlu  həqiqi hərbi xidmətini yerinə yetirərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində iştirak edib. XTQ əsgəri olan Ş.Mirişli müxtəlif istiqamətlərdə gedən döyüşlərdə igidliklə döyüşüb. Düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Şəhriyar Mirişli ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə, "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Allah şəhidlərimizə rəhmət eləsin!.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan