» » Şəhid Məhəmməd Quluzadə doğum günündə anılıb


Şəhid Məhəmməd Quluzadə doğum günündə anılıb

Şəhid Məhəmməd Quluzadənin doğum günü qeyd olunub. 

"Bilesuvarinfo" xəbər verir ki,  şəhidin  anadan olmasının 24-cü il dönümü münasibətilə ailəsi ziyarət edilib. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və partiya fəalları iştirak ediblər.

Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Məhəmməd Cəlal oğlu Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayon Bəydili kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Quluzadə Tərtər rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Bəydili kəndində dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Quluzadə Məhəmməd Cəlal oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR