
“Bilesuvarinfo” xəbər verir ki, o, Azərbaycan Tibb Univeristetinə "Travmatologiya və ortopediya" ixtisası üzrə qəbul olub. Univeristetin rezidentura mərhələlərindən və ixtisas seçimi müsabiqəsindən uğurla keçən S. Xammədov ilk tibbi təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində alıb.
Xammədov Səbuhi Ərşad oğlu 1995-ci ildə Biləsuvar rayon Nərimankənd kəndində anadan oub. Orta təhsilini Şirin Yolçu oğlu adına Nərimankənd kənd orta məktəbində, ardınca Biləsuvar rayon Mubariz İbrahimov adına bağça-məktəb-lisey Kompleksində təhsil alıb. 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul olub.
2018-ci ildə tibb xidməti leytenantı alaraq Qusar rayonu 651 nömrəli hərbi hissəsinə həkim-terapevt təyin edilən S. Xammədov Vətən müharibəsində Tabor tibb məntəqə rəisi kimi fəaliyyət göstərib, Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalları ilə təltif olunub. 2021-ci ildə yaralmağımla əlaqədar ordu sıralardan təxris olub, 2-ci dərəcəli əlilik təyin edilib.

Böyük uğuru münasibətilə gənc dostumu təbrik edir, təhsilində, fəaliyyətində uğurlar arzulayıram.”
