Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Vətən müharibəsi şəhidi Kamran Məmmədzadənin doğum günüdür


Vətən müharibəsi şəhidi Kamran Məmmədzadənin doğum günüdür

24 mart 2022, Cümə axşamı
611
0

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəadətə ucalan Kamran Məmmədzadənin doğum günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, bu münasibətlə şəhidin məzarı ziyarət edilib və üzərinə tər güllər düzülüb.


Qeyd edək ki, şəhid Məmmədzadə Kamran Füzuli oğlu 24.03.1996-cı ildə Biləsuvar rayonu, Çaylı kəndində anadan olub. Kamran Vətən müharibəsində igidlik və mərdlik göstərərək 29.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan