Faiq Qürbətov "Aqropark-Yaşıl ada" MMC-də mövcud vəziyyətlə tanış oldu
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq 12 iyun 2024-cü il tarixdə Biləsuvar rayonunda yaradılan “Aqropark -Yaşıl Ada” MMC-yə gedərək, oradakı mövcud vəziyyətlə yaxından tanış olmuşdur.
“BİLESUVARİNFO” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev ilə birlikdə aqroparkda taxıl biçini prosesini izləyib, taxıl biçini zamanı görülən yanğından mühafizə və görülən təhlükəsizlik tədbirləri vəziyyətinə yerində baxış keçirtdilər. Faiq Qürbətov aqroparkın ərazisində quraşdırılan müasir tipli innovativ suvarma sistemləri ilə tanış olduqda söhbət zamanı, gələcəkdə bu kimi texnologiyalardan istifadənin geniş yayılmasının vacibliyini qeyd edərək öz tövsiyyələrini verdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov aqroparkın rəhbərliyi və orda çalışan işçilərlə səmimi söhbət zamanı onlara gələcək işlərində uğurlar arzu etdi.