» » Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib


Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib


Məlumat üçün bildirir ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanları qəbul edilmişdir.  

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə dövlət başçısı yeni fərman imzalayıb. 

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, dəyişiklik nəticəsində əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların bir il müddətinə dincə qoyulmasına görə dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi, heyvan subsidiyasının təkcə buzova görə deyil, həmçinin balağa (camış balası) görə verilməsi, fermerlər tərəfindən aqrotexniki xidmətlərdən vaxtında və düzgün istifadənin təşviq edilməsi məqsədilə aqrotexniki xidmətlərdən istifadənin əkin subsidiyasının xərclənmə istiqamətlərindən biri kimi müəyyən edilməsi,fermerlərin yaş baramanı tədarükçüyə təhvil verməsi barədə sənədlərin və tədarükçülərin fermerlərdən tədarük etdikləri yaş baramanın miqdarına dair məlumatların EKTİS-ə daxil edilməsi üçün müəyyən edilmiş son müddətin 30 iyun tarixindən 30 sentyabr tarixinə dəyişdirilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda əkin subsidiyasının tətbiqi üçün tələb olunan sığorta tələbinin müddəti 2025-ci il 1 yanvar tarixindən 2030-cu il 1 yanvar tarixinədək uzadılmışdır.

Sözügedən aktlarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
https://president.az/az/articles/view/67531
https://president.az/az/articles/view/67530
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan