Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar


Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar

14 avqust 2022, Bazar günü
374
0
Sosial şəbəkələrdə, o cümlədən feysbuk və teleqram kanallarda ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videogörüntülər yayılıb.

"Bilesuvarinfo" “Report”a
istinadən xəbər verir ki, kadrlarda Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.
Onlardan biri barbar əməlinə kəndin Azərbaycana geri qayıtması ilə haqq qazandırıb, evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən Müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan