Bakıda baş verən qəzada həlak olanlar Biləsuvardandır
 Məlum olduğu kimi bu gün Bakı şəhərində baş verən ağır qəzada iki nəfər ölüb.
Məlum olduğu kimi bu gün Bakı şəhərində baş verən ağır qəzada iki nəfər ölüb."Bilesuvarinfo" xəbər verir ki, qəzada dünyasını dəyişənlər Biləsuvar rayonunun sakinləridir. Onlar: minik avtomobilinin sürücüsü, Günəşli kənd sakini, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini Arazbarı kənd sakini, 1996 - ci təvəllüdlü Əskərli Mehti Şükür oğludur.
Qeyd edək ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında, Bakı Dairəvi yolunda olub.
Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilininxc sürücüsü sükana nəzarəti itirib. Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Sürücü Musa Almazov
 
	Müzakirə edin
	Həmçinin oxuyun:
				
				Şərhlər (0)
			
			
	İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
			
		    
		Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Türkiyə
Türkiyə Pakistan
Pakistan İsrail
İsrail Azərbaycan
Azərbaycan