Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda dağıntılar altından çıxarılan şəxslər bacı-qardaşdır - FOTO - YENİLƏNİB


Biləsuvarda dağıntılar altından çıxarılan şəxslər bacı-qardaşdır - FOTO - YENİLƏNİB

24 aprel 2023, Bazar ertəsi
2 583
0

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin bacı-qardaş olması məlum olub. 

"Bilesuvarinfo"nun 
məlumatına görə, həmin şəxslər Fərqanə Əliyeva  Yusif Əliyevdir.

Onlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından sağ çıxarılaraq təcili tibbi yardım briqadalarına təhvil verilib.

Hımin şəxslər ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

***2023-04-24 19:53:05

Biləsuvarda binada güclü partlayış olub.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi şəhərətrafı kəndlərdə də eşidilib.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan