Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda ağır yol qəzasında yaralananların son durumu açıqlanıb


Biləsuvarda ağır yol qəzasında yaralananların son durumu açıqlanıb

31 oktyabr 2022, Bazar ertəsi
1 683
0
Oktyabrın 30-da Biləsuvar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların ikisinin müalicəsi xəstəxanada davam etdirilir.

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərdən 10-u evə buraxılıb. Digər iki nəfərin müalicəsi isə davam etdirilir.

Belə ki, hadisə nəticəsində yaralanmış 1979-cu il təvəllüdlü Pirimov Razi Əliməhəmməd oğlu Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Daha bir yaralı, 1994-cü il təvəllüdlü İskəndərov Elmar Marif oğlunun müalicəsi isə rayon xəstəxanasında davam etdirilir və vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, yol qəza hadisəsi ötən gün Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan