Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Cənubda Kino günləri


Cənubda Kino günləri

26 iyun 2022, Bazar günü
1 557
0
Azərbaycan Kinematoqrafçılar İttifaqının "Cənubda Kino günləri" layihəsi çərçivəsində filmlərin 
nümayişinə Biləsuvardan başlanılıb

"Bilesuvarinfo" xəbər verir ki, bu gün (25 - 26 iyun tarixdə nəzərdə tutulub) rayon mərkəzi  parkında açıq havada seyricilərə təqdim olunan ilk film, rejissor İlqar Nəcəfin "Nar  bağı" ekran əsəri olub. 
Film təqdimatında  Biləsuvar  Rayon İcra Hakimiyyəti başcısı Faiq Qürbətov da iştirak edib. Layihəni icraçı prodüseri İntiqam Hacılının sözlərinə görə, növbəti gün tamaşçılara "Sizə məktub var", "Titrəmə", "Dan yeli", "Biləsuvar", "Qırmızı bağ" və "Dəhlizdə" filmləri təqdim olunacaq. Filmlərin rayon.Mərkəzi Parkı ilə yanaşı rayonun Nərimankən kəndində göstərilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, nümayiş olunan filmlər son illərdə dövlət sifarişi ilə və müstəqil şəkildə istehsal olunan Azərbaycan fiımləridir. Layihə çərçivəsində Biləsuvar rayonundan  sonra Lerik və Lənkəranda  nümayiş olunacaq. 
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan