» » Gəlib baxıb, bizlikdir - dedilər, bir il sonra inkar etdilər.. .


Gəlib baxıb, bizlikdir - dedilər, bir il sonra inkar etdilər.. .

“Ədalət Babayev bildirdi ki, ümumiyyətlə heç bir iş görülməyəcək”.

Biləsuvarın İsmətli kənd sakinləri 62 il istifadələrində olan  körpünün qəzalı vəziyyətdə olmasından narahatdır.

“Bilesuvarinfo”ya bu haqda yazan bir qrup  kənd sakini bildirmişlər ki,  2021-ci il aprel ayında Biləsuvar rayon Suvarma Sistemlər İdarəsinin müdiri Ədalət Babayevə məktubla müraciət edərək kəndin daxilindən axan, “Vetka - 3” deyilən su kanalı üzərindəki körpünün təmiri və körpüdə səviyyə qaldırıcı qurğunun quraşdırılmasını xahiş ediblər.
Sakinlərin müraciətdən sonra idarədən nümayəndələr kəndə gələrək körpüyə baxış keçirib. 2021 - ci ilin 18 mayında bizə verilən cavab məktubunda körpünün təmirinin və səviyyə tənzimləyici qurğunun quraşdırılmasının məqsədə uyğun olması və tikinti qurasdırma işlərinə başlanılacağı bildirilib: “Ancaq üstündən bir ildən çox keçməsinə baxmayaraq heç bir iş görülmədi və son görüşümüzdə idarə rəhbəri  Ə. Babayev bildirdi ki, ümumiyyətlə bu ərazidə heç bir iş görülməyəcək”.

Müraciətdə o da qeyd olunur ki,  1960-cı illərdə kənd kolxozu tərəfindən tiklən, məktəbin yaxınığında yerləşən təhlükəli körpünün təmiri üçün lazım olan beton boruları sakinlər pul yığaraq alıb, indi işin görülməsini hər kəs səbirsizliklə gözləyir. Körpü təmir olunarsa, həmçinin körpüdə səviyyə qaldırıcı qurğunun quraşdırılmasıyla 20 - dən çox ailənin həyətyanı sahəsindəki əkinlərini, bağını suvarmaqda olan çətinlik də aradan qalxar.

P.S: Bir müddət Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən və  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində mətbuat xidmətindən məsələ ilə bağlı münasibətin öyrənilməsi cəhdimiz uğursuz olmuşdu. Nəhayyət, idarənin mühəndisi Kərəm Bayramov deyilənlərə aydınlıq gətirib: “Sakinlər sözügedən körpünü vaxtilə özləri keçid üçün saldığından, idarənin balansında olmaması, təmir bərpa işi  üçün layihənin hazırlamağa imkan vermir.  Körpünün təmirinə və üzərindəki hidrotexniki qurğunun bərpasına “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icazə verilərsə, bu mümkün olacaq ”.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR