Müqəddəs Ramazanda nəcib təşəbbüs

“Bilesuvarinfo” xəbər verir ki, onları ehsan süfrəsi arxasında toplanılması təşəbbüsilə çıxış edən sahibkar Ramil Əsgərov və Zəfər Əliyev olub.

Tədbirdə şəhidlərimizin ruhuna dualar edilib, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb.
Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Müharibədə şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.


Müzakirə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.