Bolqarçayda son on ildə olmayan su artımı - FOTO

"Biləsuvarinfo"ya bu barədə rayon sakinləri məlumat verib.
Belə ki, son günlər intensiv yağışlarla əlaqədar olaraq çayın səviyyəsi 2 metrdən çox artım son on ildə olmayan göstəricidir.
Qeyd edək ki, Bolqarçay mənbəyini İrandan götürməklə, mənsəbi Biləsuvarın çöl düzü olan Mahmudçalada bitir. Uzunluğu 163 km olan çayın mənbəyi Talış silsiləsində, Qarıçadağın şimal yamacından başlayır. Çayın illik axımının 90-95%-i yağış sularından əmələ gəlir.
Biləsuvarda Bolqarçayın məcrasında su anbarı da tikilib. Anbar kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilib.
Müzakirə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.