Kanalizasiya çəkilişi Mahir Quluyevin “Azərsu”ya vurduğu 80 minlik ziyanla yekunlaşdı

Biləsuvar şəhərində kanalizasiya çəkilişi işləri işləri yekunlaşdırılmaq üzrədir.

Belə ki, Heydər Əliyev küçəsində, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığıında, layihə üzrə kanalizasiya xətti çəkilmiş müəyyən ərazidə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başcısı Mahir Quluyev tərəfindən sahibkara tikinti işləri aparılması üçün sərəncam imzalanıb.
Sahibkar tərəfindən kanalizasiya xəttin üzərində və bu xəttin davam etdirilməsi nəzərdə tutulan ərazidə yanacaqdoldurma məntəqəsi inşa edilərək istifadəyə verilib.
Bir ildən artıq müddət sonra, şəhər ərazisində dondurulan kanalizasiya çəkilişi işləri davam etdirilərkən bu tikintinin layihənin tamamlanmasına imkan verməyib.
Deyilənə görə, “Azərzu” ASC Biləsuvarda kanalizasiya çəkilişi işini həmin ərazidə davam etdirə bilmədiyindən təstiq olunmuş dövlət layihəsində dəyişiklik etməli olub. Bu dəyişiklikliyin nəticəsində, yekunda 33 metir məsafədə davam etirilməli iş , 172 metir məsafədə yeni xətt çəkilişi ilə əvəzlənib. Əlavə görülən işə görə “Azərsu” ASC 80 min manat xərcləməli olub.



Müzakirə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.