Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Yollar qazılır, düzəltmirlər


Yollar qazılır, düzəltmirlər

25 mart 2022, Cümə
1 108
0
Biləsuvar şəhərində  kanalizasiya sisteminin çəkilişi işləri küçələrində problemlərə yol açıb.

Belə ki,  artıq işləri  tamamlanmış  küçələrdə  yolların bərpası yubanır. Bu barədə "Bilesuvarinfo"ya sakinlər məlumat verib.

Onların sözlərinə görə, yollar artıq yarım ildir ki, bərbad vəziyyətdədir. Bundan isə ən çox əziyyət çəkən sürücülərdir:" "Azərsu" şəhərin  kanalizasiya çəkilişinə görə  yolları qazıb. Artıq işlər başa çatıb. Amma buna baxmayaraq hələ də yollar əvvəlki  vəziyyətinə qaytarılmayıb".

Onların bildirdiyinə görə, 3 - 4 aydır görülən  kimi yollarımız bərbad vəziyyətdədir: "Bu hal şəhərin mərkəzi küçəsi ilə yanaşı, Nizami Gəncəvi  və  Mübariz İbrahimov küçələrində də eyni  vəziyyətdir. Yollar dağıldığından avtomobillərimizin  ehtiyat hissələri tez-tez sıradan çıxır. Yağmurlu  havada yol daha da keçilməz vəziyyətə düşür. Digər tərəfdən hərəkət zolağının eninin  azalması qəzaların artmasına səbəb olur".

Problemlə bağlı Azərsu ASC–nin  sözçüsü Anar Cəbrayılıov bildirdi ki, Biləsuvar rayonunda dövlət büdcəsi hesabına kanalizasiya xətləri tikintisi həyata keçirilib. Artıq işlər yekunlaşıb. Həmin ərazidə əks dolğu kipləşdirmə işləri  aparılıb. O ki, qaldı yolun asfalt örtüyünün vurulmasına, bu işlər yol təsərrüfatı tərəfindən yaxın günlərdə aparılacaq. Bununla bağlı artıq müqavilə də imzalanıb. Qurumdan o da bildirildi ki, yağmurlu hava şəraiti  başa çatan kimi bu istiqamətdə işlərə start veriləcək.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan