Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar şəhərində “mağara”nın təhlükəsi


Biləsuvar şəhərində “mağara”nın təhlükəsi

01 mart 2022, Çərşənbə axşamı
672
0
Biləsuvar şəhərində kanalizasiya çəkilişi işləri ilə əlaqədar təhlükəli vəziyyət yaranıb.
“Bilesuvarinfo” ya bu haqda sakinlər məlumat verib.

Bir müddətdir,  mərkəzi rayon xəstəxanasının yaxınlığında, H. Əliyev küçəsində çəkilmiş kanalizasiya xəttini avtomobil yolunun alt hissəsi ilə keçirib, əks istiqamətdə olan M.Müşviq kücəsindəki  kanalizasiya xəttinə birləşdirilməsinə çalışılır. 
Deyilənə görə, “Təmir-Tikinti” MMC – nin bu işi “analoqo” olmayan üsullardan istifadə etməklə görməyə çalışması işin vaxtını uzatmaqla yanaşı təhlükəli şərait də yaradıb.

Bildirilir ki, avtomobil yolunun altından "kustar" üsulla xəttin keçilməsidir  
təhlükəli vəziyyəti yaradan. Belə ki, hazırda yolun altının hər iki tərəfdən qazılarkən aşınıb “mağaranı” xatırlatması, yolda çökməyə gətirə bilər.

Qarşı tərəfin  məsələ ilə bağlı münasibətini öyrənməyə çalışacağıq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan