Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb - FOTO - Yenilənib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəx sahəsində havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların korroziyaya davamlı və paslanmayan materialdan təşkil edilmədiyi, yemək hazırlanan qazanların sanitar-gigiyenik vəziyyətinin tələblərə cavab vermədiyi, mətbəxdə döşəmənin və qida məhsullarının saxlandığı soyuducu kamerada tavanın asan yuyulabilən gigiyenik materialla üzlənmədiyi, emal sahəsində drenaj sisteminin mövcud olmadığı, qida tullantılarının ağzı kip bağlanan qablara toplanılmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, ictimai iaşə obyektinin mətbəxində işlərin görülməsi və xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
****
“Nur” şadlıq sarayında yoxlama zamanı aşkarlanan nöqsanlar qısa zamanda tam olaraq aradan qaldırılaraq, fəalyyətinin məhdudlaşdırılması aradan götürülüb.



Müzakirə edin
Həmçinin oxuyun:
30 avqust 2022, Çərşənbə axşamı
“Nur”, “OBA Market”, “Al Market” marketləri və 2 dönər evi inzibati məsuliyyətə cəlb olunub
29 avqust 2022, Bazar ertəsi
Pambıqyığan kombaynlarda təhlükəsizlik qaydaları ilə bağlı təlim keçirilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan