» » Şagirdlər arasında bilik yarışı olub


Şagirdlər arasında bilik yarışı olub

Biləsuvar rayon Xırmandalı kənd M. Abbasov adına 2 nömrəli tam orta məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnməsində  əməkdaşlıq bacarıqlarının formalaşdırılmasına xüsusi fikir verilir.

"Bilesuvarinfo" xəbər verir ki, məktəbin tədbirlər planında nəzərdə tutulan aylıqlar üzrə  Fizika və informatika aylığı fizika müəllimi Turanə Mirzəyeva  rəhbərliyi altında maraqla baş tutub. 

Qeyd edək aylıqlar çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, elmi- nəzəri konfransların keçirilməsi, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi də uğurla həyata keçirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan