» » Nadejda müəllimin vəfatı xəbəri bizi bərk sarsıtdı


Nadejda müəllimin vəfatı xəbəri bizi bərk sarsıtdı

Biləsuvar musiqi mədəniyyətinə və musiqi təhsilinə ağır itki üz vermişdir. Biləsuvar  şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Ağayeva Nadejda Borisovna uzun sürən ağır xəstəlikdən sonra 57 yaşında dünyasını dəyişib.

N.B.Ağayeva musiqinin incəliklərini və gözəlliklərini şagirdlərinə öyrədilməsində, onların inkişafında  əvəzsiz rol oynamışdır. Onun vəfatı ilə əlaqədar dərin kədər içindəyik.

O,1998-ci ildən dünyasını dəyişən günədək məktəbimizdə fortepiano müəllimi vəzifəsində çalışmışdır. Bütün ömrünü musiqi sənətinə həsr edən, hər dərsində şagirdlərinə ruh yüksəkliyi və motivasiya verən müəllimimiz öz tədris metodları  ilə hər zaman kollektivdə nümunə olmuşdur. Savadlı, işinin peşəkarı və öz işinə böyük sevgi ilə yanaşan N.Ağayeva  fəaliyyətində hər zaman məsuliyyətli olmuş və işini hər zaman yüksək səviyyədə yerinə yetirirdi. Ona görə də şagirdlərinin, kollektivin və rəhbərliyin hörmətini qazanmışdır.

N.B.Ağayeva yetişdirdiyi şagirdlərin və kollektivin yaddaşında daim qalacaq və onun yoxluğu ilə yaranmış boşluq hər zaman hiss olunacaqdır. Bu ağır itki qarşısında qəlbimiz doludur. Amma N.B.Ağayeva şagirdlərinin və kollektivimizin yaddaşında daim yaşayacaqdır.

 Ruhu şad olsun, Allah rəhmət eləsin! 

Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin kollektivi 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan