Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş olub


Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş olub

04 fevral 2025, Çərşənbə axşamı
1 053
0
Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş keçirilib. 

“Bilesuvarinfo” 
xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”-in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərlə bağlı növbəti görüş keçirilib. 

Görüşdə Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavinləri, baş proqram meneceri Fernando Villanueva Baschwitz, Banka və Biləsuvar Günəş Elektrik Stansiyasının baş direkoru Yernur Jiyenbayev, “Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov,Yaşar Qocayev, Kamil Manafov, tərəfdaş şirkət olan “SOCAR Green”-in nümayəndələri İlkin Osmanov və Şamil Nuri tərəfindən tikinti işləri ilə bağlı vəziyyət yenidən müzakirə olunub, cari vəziyyət qiymətləndirilib.

Qeyd edək  ki, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1454,0 hektar torpaq sahəsi ayrılıb.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan