Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda Günəş Elektrik Stansiyası- “Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi”


Biləsuvarda Günəş Elektrik Stansiyası- “Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi”

26 sentyabr 2024, Cümə axşamı
1 384
0
Biləsuvarda  "Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi" mövzusunda tədbir keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, tədbir  Biləsuvar rayon Icra Hakimiyyətində Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və “Ətraf Mühit və İdarəetmə Məsləhətçi” şirkətinin nümayəndələri tərəfindən  keçirilib. 

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, ““Masdar” şirkətinin tərəfdaşı, ətraf mühit və sosial arasdırmalar üzrə ixtisaslaşmış ”5 Kapitals” şirkətinin nümayəndələri Bilge Karakaş, Sərdar Hüseynov, rayonun inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyələr iştirak edib. 

Görüş zamanı layihə barədə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır. Bildirilib ki, Biləsuvar Günəş Elektrik Stansiyası investisiya layihəsi üzrə birinci fazaya daxil olan üç stansiyadan biridir. Layihənin məqsədi bərpa olunan enerji mənbələri yaratmaqla Azərbaycanın elektrik enerjisi təchizatını artırmaq, bununla havaya buraxılan qazların azaldılması və təbii resurslara qənaət edilməsidir. 

Layihənin icrası ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatı üçün az yararlı olan, demək olar ki, bitki örtüyü olmayan 1454 hektar qış otlaq təyinatlı torpaq sahəsi ayrılmış və yaxın günlərdə stansiyanın tikintisinə başlanılacaqdır.

Qeyd edək ki, 26 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalanmışdır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan