- 17 oktyabr, 20:19
- 105 dəfə oxunub
- 0
Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş olub
“Regionpress.az” xəbər verir ki, görüşdə Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, başçının müavinləri, Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov,Yaşar Qocayev, tərəfdaş şirkət olan “SOCAR Green”-in nümayəndələri İlkin Osmanov və Şamil Nuri iştirak edib.
Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”-in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlər müzakirə olunub.
Bildiririk ki, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1454,0 hektar torpaq sahəsi ayrılıb.