- 29 yanvar, 14:13
- 117 dəfə oxunub
- 0
69 saylı Biləsuvar Seçki Dairəsi üzrə səsvermə
"Bilesuvarinfo" xəbər verir ki, hazırda ölkənin digər hüdudlarında olduğu kimi, 69 saylı Biləsuvar Seçki Dairəsinin 46 məntəqəsində də seçki prosesi davam edir.
Məntəqələr üzrə ümumilikdə 53,660 seçici 10 bələdiyyədə 112 yer uğrunda 221 namizədə səsini verir. Dairə ərazisində ilk dəfə səs verən seçicilərin sayı 236 nəfərdir. Seçkilərdə daha çox namizədlə Yeni Azərbaycan, Vəhdət, Haqq-Ədalət və Yeni Zaman partiyaları təmsil olunur. Eyni zamanda, bitərəf namizədlərin sayı da kifayət qədərdir.
Məntəqədə seçkiləri həm ümumi qeydiyyatdan keçmiş müstəqil müşahidəçilər, həm də namizədlərin müşahidəçiləri izləyir. 5 saylı Məntəqə Seçki Komissiyasının sədri Novruz Şahbazov bildirib ki, şəhər bələdiyyəsinin 15 üzvü seçilmək üçün 30 namizəd mübarizə aparır. Həmin məntəqədə ilk dəfə səs verənlərin sayı 5 nəfərdir.
Dairə üzrə 46 məntəqədən 10-da veb-kameralar quraşdırılıb ki, bu da seçkilərin onlayn şəkildə izlənməsinə imkan yaradır. Ümumilikdə Biləsuvarda seçki prosesini 587 yerli müşahidəçi izləyir.