- 7 fevral, 15:06
- 461 dəfə oxunub
- 0
Növbədənkənar Prezident seçkiləri Biləsuvarda uğurla davam edir-Yenilənib
"Bilesuvarinfo" xəbər verir ki Mərkəzi Seçki Komissiyasının 69 saylı Biləsuvar Seçki dairəsi üzrə seçki məntəqələrində də səsvermə səhər saatlarından insanların yüksək əhval ruhiyyəsi ilə davam edir.
69 saylı Biləsuvar Seçki Dairəsini əhatə edən 46 seçki məntəqəsində bu siyasi kompaniya mütəşəkkil təşkil edilib. Dairə seçki komissiyasından aldığımız məlumata görə, əvvəlcədən görülmüş ciddi hazırlıq işləri seçkinin yüksək səviyyədə keçirilməsinə imkan yaradıb. Heç bir ciddi qanun pozuntusu müşahidə olunmadan seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. Qeyd edək ki, 69 saylı seçki Dairəsi üzrə 46 seçki məntəqəsinin 53 min 500 seçicisi var. Seçkilərin gedişatını izləmək üçün 629 yerli müşahidəçi qeydiyyatdan keçib. 4 nəfər isə ATƏT-in beynəlxalq müşahidəçisi seçki dairəsi üzrə seçki məntəqələrində müşahidə aparır.
Ərazidəki 46 seçki məntəqəsi texniki-təşkilati baxımdan əvvəlcədən seçkiyə tam hazır vəziyyətə gətirilib. 10 məntəqədə Veb-kamera quraşdırılıb. Adı siyahıya daxil edilənlərdən 3561 nəfəri bu il ilk dəfə səs vermə hüququ qazanan gənclərdi. 113 nəfər isə 18 yaşı bu il tamam olan ilk dəfə səs verəcək gənclərdən ibarətdi.
Rayonda ilk dəfə, doğum günündə səs vermə hüququ əldə edən gənclərdən biri Mürsəl Hacızadədir. O, Biləsuvar şəhər ərazisindəki 8 saylı seçki məntəqəsində səsini verib.
Həmçinin qeyd edək ki, seçki dairəsi üzrə 80-100 yaş arası yaşlı seçicilərin sayı 877 nəfər , yaşı 100 dən yuxarı olan seçicilərin sayı isə 3 nəfərdir.
***
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Bu gün saat 08:00-da başlayan səsvermə prosesi 19:00-da yekunlaşıb.