» » Bələdiyə yolumuzu satıb, bizə satdığı torpağı da vermir


Bələdiyə yolumuzu satıb, bizə satdığı torpağı da vermir

Biz – 4 qardaş ailəliklə ayrı-ayrı təsərrüfarlarda eyni ərazidə yaşayırıq. Tarixən yaşadığımız ərazidən örüşə yolumuz olub. Digər kənd sakinləri kimi həmiş bu yoldan istifadə etməklə  mal-qaralarını örüşə ötürmüşük. Ancaq kənddə satmağa boş yer tapa bilmiyən bələdiyyə sədri Ülfət Bağırov bu yolun keçdiyi ərazini satıb. Həmçinin həyətyanı sahələrimizin suvarılmasında istifadə olunan su arxının keçdiyi ərazini isə başqasına satdığından suvarmada ciddi çətinliklə üzləşirik.

Bu haqda “Bilesuarinfo”ya Biləsuvarın Ağalıkənd kəndinin sakini Əhliman Əhədov şikayət edib. Onun sözlərinə görə Ağalıkənd Bələdiyyəsinin bu ədalətsiz qərarı mal-qaramızın orüşə çıxışını xeyli çətinləşdirib: “ Bu vəziyyətin olmaması üçün bələdiyyə sədri  Ülfət Bağırova etdiyimiz müraciətlər cavabsız qaldı. Həyətyanı sahələrimizi necə suvaracağımızı soruşduqda isə o, "700 metrlik məsafədən köhnə su kanalından istifadə edin"- deyir.  Bu isə ümümiyyətlə mümkün deyil, çünki yaz-yay fəslində bu ərazidə əkin əkən mülkiyyətçilərin suya təlabatı kəskin artığından onlar su qıtlığından ciddi əziyyət çəkir ” .

Əhliman Əhədov həmçinin bildirb ki,  Ağalıkənd Bələdiyyəsinin onlara 2007-ci ildə həyətyanı torpaq səhəsi satıb, bunun üçün bələdiyyəyə ödəniş də etmişik: “Ancaq bu illər ərzində torpaq bizə ayrılmır. İlk vaxtlar nəzərdə tutulan yerdən həyətyanı torpağın verilməsinin mümkün olmadığını bildirdi, biz yenə razılaşdıq ki, digər ərazidən versin və bələdiyyə bununla razılaşdı. Buna baxmayaraq, yenə də əlimizdə bələdiyyədən torpağa görə ödənişin qəbzlərinin də olmasına baxmayaraq bələdiyə bizə torpaq ayırmır. 

Vətəndaşın şikayətinə aydınlıq gətirmək üçün Ağalıkənd bələdiyyəsinin sədri Ü.Bağırovla əlaqə saxladıq.  O, bildirdi ki, vətəndaşın yolu bu bağlanmayıb, bu onun qonşusu ilə bağlı aralarında yaranan mübahisədən irəli gəlir, onun söylədiyi torpaq sahəsi 2003-cü ildən qonşusuna ayrılıb. Həyətyani torpaq sahəsinə gəldikdə isə:  “ Əhliman Əhədov almaq istədiyi ərazidən ona yer ayrılması mümkünsüzdür, digər ərazidən o həyətyanı sahə ilə təmin olunacaq.” - deyərək, bələdiyə sədri sözlərinə əlavə edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR