- 30 noyabr, 19:40
- 136 dəfə oxunub
- 0
Salyan və Biləsuvarın sərhədində bədbəxt hadisə - ÖLƏN VAR
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının kəsişdiyi ərazidə qeydə alınıb.
Məlumata görə, Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.