» » Biləsuvarda 9 yeni bələdiyyə yaradıldı - SİYAHI


Biləsuvarda 9 yeni bələdiyyə yaradıldı - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.

“Bilesuvarinfo”nun məlumatına görə, sənəddə deyilir:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın".

...
15. Biləsuvar rayonu üzrə:

15.1. Ağalıkənd, Təzəkənd və Yuxarı Cürəli bələdiyyələrinin əhatə etdiyi Ağalıkənd, Təzəkənd və Yuxarı Cürəli kəndlərində Ağalıkənd bələdiyyəsi;
15.2. Ağayrı və Günəşli bələdiyyələrinin əhatə etdiyi Ağayrı və Günəşli kəndlərində Ağayrı bələdiyyəsi;
15.3. Amankənd, Dərvişli və Ovçubərə bələdiyyələrinin əhatə etdiyi Amankənd, Dərvişli və Ovçubərə kəndlərində Amankənd bələdiyyəsi;
15.4. Aşağı Cürəli-Muğan, Əsgərabad və Yuxarı Ağalı bələdiyyələrinin əhatə etdiyi Aşağı Cürəli, Əsgərabad, Muğan və Yuxarı Ağalı kəndlərində Əsgərabad bələdiyyəsi;
15.5. Bağbanlar və Zəhmətabad bələdiyyələrinin əhatə etdiyi Bağbanlar və Zəhmətabad kəndlərində Bağbanlar bələdiyyəsi;
15.6. Biləsuvar və Çaylı bələdiyyələrinin əhatə etdiyi Biləsuvar şəhərində və Çaylı kəndində Biləsuvar bələdiyyəsi;
15.7. Çinarlı-Aranlı və İsmətli bələdiyyələrinin əhatə etdiyi Aranlı, Çinarlı və İsmətli kəndlərində İsmətli bələdiyyəsi;
15.8. Əliabad və Xırmandalı bələdiyyələrinin əhatə etdiyi Əliabad və Xırmandalı kəndlərində Xırmandalı bələdiyyəsi;
15.9. Nərimankənd və Səmədabad bələdiyyələrinin əhatə etdiyi Arazbarı, Nərimankənd və Səmədabad kəndlərində Nərimankənd bələdiyyəsi.
...

Tam siyahı​​​

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan