AXA tərəfindən 14 rayonun texniki nəzarət müfəttişlərinin hesabat yığıncağı keçirildi » Yerli İnformasiya Agentliyi
» » AXA tərəfindən 14 rayonun texniki nəzarət müfəttişlərinin hesabat yığıncağı keçirildi


AXA tərəfindən 14 rayonun texniki nəzarət müfəttişlərinin hesabat yığıncağı keçirildi

Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət Şöbəsinin müdiri Azər Qarayev tərəfindən Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında 14 rayonun texniki nəzarət müfəttişlərinin hesabat yığıncağı keçirildi.

"BİLESUVARİNFO" xəbər verir ki, 18.09.2024 tarixdə keçirilən hesabat yığıncağında Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Yardımlı, İmişli, Saatlı, Sabirabad, Şirvan və Hacıqabul rayonlarının texniki nəzarət müfəttişləri iştirak etdi. Yığıncaqda 2024-cü ilin 8 ayı ərzində göstərilən xidmətlər haqqında hesabat dinlənildi, xidmət zamanı yol verilmiş nöqsanlar araşdırıldı. Xidmətin dahada mütəşəkkil aparılması üçün yerlərdə olan çətinliklərin aradan qaldırılması istiqamətində təklifər eşidilib müfəttişlər tərəfindən müzakirə olundu.

Sonda Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət Şöbəsinin müdiri Azər Qarayev göstərilən xidmətlərin qənaətbəxş oluğunu qeyd etdi. Eyni zamanda yığıncaqda iştirak edən texniki nəzarət müfəttişlərinə ilin sonunadək göstəriləcək xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tapşırıq və tövsiyyələrini verdi.

       Biləsuvar DAIM

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan