Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Hikmət Mirzəyev: “Mübariz möhkəm inama, inanca və sarsılmaz ideyalara malik bir Azərbaycan döyüşçüsünün simasıdır"


Hikmət Mirzəyev: “Mübariz möhkəm inama, inanca və sarsılmaz ideyalara malik bir Azərbaycan döyüşçüsünün simasıdır"

30 avqust 2024, Cümə
1 529
0
Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edən "Mübarizdən sonra" kitabında Vətən Müharibəsi Qəhrəmanı, Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı Hikmət Mirzəyevin fikirləri yer alıb. 

“Bilesuvarinfo.az” xəbər verir ki, general-leytenant Hikmət Mirzəyev qeyd etmişdir ki, Mübariz həm özümüzə, həm də dünyaya əsl Azərbaycanlı xarakterini göstərdi: “O, çox insanın, xüsusilə gənclərin öz milli dövləti haqqında dərindən düşünməsində, özümüzü tanımağımızda, cənab Ali Baş Komandanımızın illərlə düşünüb hazırladığı müqəddəs müharibə planının yerinə yetirilməsində xüsusi rol oynadı. Bir amal uğrunda birləşərək millətimizin həyatında çox vacib bir missiyanı yerinə yetirdik. Vətən müharibəsini qələbə ilə başa vurmağımızda Mübarizin mənəvi rolu, payı danılmazdır. Mübariz möhkəm inama, inanca və sarsılmaz ideyalara malik bir Azərbaycan döyüşçüsünün simasıdır". 

Qeyd edək ki, "Mübarizdən sonra" kitabının müəllifi AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair, yazıçı, publisist Müşfiq Malik Muğanlıdır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan