» » Bu gün Biləsuvarın 16 yaşayış məntəqəsində qaz kəsiləcək


Bu gün Biləsuvarın 16 yaşayış məntəqəsində qaz kəsiləcək

Biləsuvar rayonunun 16 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Bilesuvarinfo"nun
məlumatına görə, rayon ərazisində yerləşən ”Biləsuvar 1” və ”Biləsuvar 2”, eləcə də “Biləsuvar sənaye” ölçü qovşaqları arasında əlaqələndirici qaz xəttinin quraşdırılması məqsədilə Biləsuvar şəhəri, Xırmandalı, Bəydili, Əliabad, Zəhmətabad, Çaylı, Günəşli, İsmətli, Nəsimikənd, Səmədabad, Arazbarı, Muğan, Yuxarı Ağalı, Əsgərabad, Ağayrı, Nərimankənd kəndlərini və qeyri-yaşayış sahələri olmaqla, ümumilikdə 14 700 abonentin qaz təchizatının avqustun 12-də saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan