Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda təbii qaz xəttində görüləcək işlər təxirə salınıb - YENİLƏNİB


Biləsuvarda təbii qaz xəttində görüləcək işlər təxirə salınıb - YENİLƏNİB

20 iyul 2023, Cümə axşamı
826
0

Biləsuvar rayonunda təbii qazın verilişində fasilə yaranmayacaq.

Bu barədə "Bilesuvarinfo"ya yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən sabah aparılması nəzərdə tutumuş sınaq işlərinin vaxtının növbəti həftələrə keçirildiyindən təbii qazın verilişində məhdudiyyət olmayacaq.


***10:48

Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə "Bilesuvarinfo"ya Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Belə ki, Biləsuvar QPS-dən qidalanan 5 yaşayış məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin bir hissəsi) 2150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaqdır.

Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan