» » Sumqayıt Dövlət Universitetinin rəsmiləri bolgələrdə abituriyentlərlə görüş kecirir


Sumqayıt Dövlət Universitetinin rəsmiləri bolgələrdə abituriyentlərlə görüş kecirir

Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları respublikamızın müxtəlif bölgələrində abituriyentlər üçün məlumatlandırma sessiyasına start verib. 

“Bilesuvarinfo.az” xəbər verir ki, ilk görüş ( İyulun 25-də ) Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə birgə təşkilatçılıq çərçivəsində Biləsuvarda, ardınca Salyan rayonunda 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrini başa vurmuş məzunlarla olub. 

Görüşdə Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə  prorektoru dosent Elmar Xəlilov Elmar Xəlilov çıxış edərək universitetin rektoru dosent Rüfət Əzizovun adından hər kəsi salamlayıb. Tədbirin təşkilində göstərilən dəstəyə görə təhsil idarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Təhsil ocağının yeni yaradılan fərqli təhsil imkanları, maddi texniki bazasının, infrastrukturunun genişləndirilməsindən söz açıb.

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev, SDU tərəfindən təqdim olunan geniş ixtisas seçimi, zəngin sosial tələbə həyatı və yeni tədris ilində tələbələr üçün yaradılmış imkanların üstünlükləri barədə tədbir iştirakçılarına ətraflı məlumatlar veriblər.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşov qonaqlara bu görüşün təşkilinə görə minnətdarlıq edib. 

Görüşdə universitetin tanıtım videoçarxı nümayiş olunub. Sonda abituriyentləri maraqlandıran suallar universitet əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, görüşlər növbəti həftələrdə davam edəcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR