» » Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib


Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət tərəfindən görülmüş məqsədyönlü işlər barədə danışıb qeyd etdi ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəlmişdir.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Rəşadət Əskərov çıxış zamanı bildirdi ki, mərkəzə daxil olan vətəndaş müraciətlərinin cavablandırılması və icrasına nəzarət haqqında mütəmadi olaraq rəhbərlik tərəfindən təhlillər aparılır. Qeyd olundu ki, gələcəkdə də insan hüquq və azadlıqları mövzusunu əhatə edən təlim və tədbirlərin keçirilməsi istiqamətində işlər görüləcəkdir.

Çıxış edənlər təşkil olunan tədbirlərin ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə 
də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayacağını bildirdilər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan