» » Biləsuvar rayon sakini bir əsr öncə əkilən ağacları qoruyub saxlayır


Biləsuvar rayon sakini bir əsr öncə əkilən ağacları qoruyub saxlayır

Biləsuvar rayonunda yaşı yüz ildən çox olan tut ağacları var.

“Bilesuvarinfo” xəbər verir ki, bu ağaclar rayonun Bağbanlar kəndində, biologiya müəllimi Vidadi Məmmədovun evinin həyətindədir.

O, bildirmişdir ki, bu ağacların tarixinin qədim olmasını ilk nənəmdən eşitmişəm: “1924-ci il təvəllüdlü olan mərhum nənəm kəndimizdə doğulub. O, mənə uşaq yaşlarında bu ağacları iri gövdəli görməsindən danışıb.. . İndi bizim yaşadığımız bu yerdə kəndimizə məxsuz kolxozun uşaq bağçası olub. Yəni kolxazda çalışan qadınlar öz uşaqlarını bura gətirdikdən sonra pambıq tarlalarına işə yola düşüblər. Həmin dövürlərdə kəndimizin uşaqlarını bu ağacların kölgəsi qızmar yay günəşi istisindən qoruyub. Ağacların sayı dörd ədəd idi, quruması təhlükə yaratdığında birini yenicə kəsmişəm”.

Təbiətə olan sevgisi tükənməz olan Vidadi müəllim onu da qeyd edib ki, bu ağaclara tarixi nümunə kimi qoruyub saxlayır. Həyətində yeni ağaclar da becərsə də, yenə bu ağacların kölgəsində özünü daha rahat hiss edir.

“Qazın olmadığı illərdə oduna olan kəskin təlabata və ağcların küləkli havada yaratdığı təhlükəyə baxmayaraq bu ağacları kəsməyi heç vaxt düşünməmişəm, ağaclarla ruhum sanki qidalanır ”-, deyərək, o sözlərinə əlavə edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR