Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Zibil tullantıları küçələrdən təmizlənir, xahiş edirik yenidən atmayın!


Zibil tullantıları küçələrdən təmizlənir, xahiş edirik yenidən atmayın!

16 fevral 2024, Cümə
600
0
Biləsuvar şəhərinin küçələrində abadlıq və təmizlik işləri davamlı görülür. 

"Bilesuvarinfo" 
xəbər verir ki, Kommunal Müəssisələr Kombinatı və “DOST” xidmətinin əməkdaşları mərkəzi küçələrdə gündəlik olaraq aparılan təmizlik işləri digər küçələrdə, yeni yaşayış massivlərindək artırılıb. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən rayonun bütün küçə yolların kənarlarına vətəndaşlar tərəfindən  atılan müxtəlif adda yararsız məişət əşyalarının, tullantıların, tikinti materiallarının və digər yöndəmsiz və istifadəsiz əşyaların toplanaraq məhv edilməsi işləri davam etdirilir.

Görülən işlərin davamı olaraq bu gün şəhərin Təyyarə meydanı adlanan yaşayış massivindəki M.F.Axundov küçəsində aparılaraq, ərazi vətəndaşlar tərəfindən atılan zibillərdən təmizlənib.

Biləsuvar Kommunal Müəssisələr Kombinatından Biləsuvar şəhər sakinlərinə müraciətdə qeyd olunur: 

-Aparılan təmizlik işləri ilə yanaşı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərini  də davam etdirməyimizə baxmayaraq, təəssüf hissi ilə bildiririk ki, bu gün də  bəzi sakinlər tərəfindən küçələrin müxtəlif hissələrinə, hasarların önünə, yol kənarlarına tullantılar, yararsız məişət əşyaları və tikinti materialları  atılır. Bu da şəhərimizin ümumi təmizliyinə xələl gətirməklə, təmizlik işçilərinin əlavə yüklənməsinə səbəb olur.

"ƏZİZ BİLƏSUVARLILAR!
Xahiş edirik şəhərimizin təmiz və abad qalması, sakinlərimizin rahatçılığı naminə görülən işləri dəstəkləyərək. Zibil tullantıları küçələrdən təmizlənir, xahiş edirik yenidən atmayın!.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan