Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Zibil konteynerləri yenilənir, sayları da artırılıb"


"Zibil konteynerləri yenilənir, sayları da artırılıb"

11 yanvar 2024, Cümə axşamı
889
0
Biləsuvar şəhərində məişətdən çıxan zibil tullantılarının daşınılmasının həcmi artırılmaqdadır. Bu məqsədlə yeni ünvanlarda müvəqqəti zibil saxlama platformaları tikilib. Xüsusilə, Bolqarçayı təmiz saxlanılması üçün, çay sahilinə yaxın daha üç yerdə,  zibil konteynerləri qoyulub.

Bu haqda Biləsuvar Kommunal Müəssisələri Kombinatından "Bilesuvarinfo"ya məlumat verilib. Qeyd olunub ki, şəhərin küçələrinə əlavə olaraq 72 ədəd zibil konteynerləri yerləşdirilib: "Bu gün (11.01.2023-red.) Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən  tutumu 1100 litr olan, 72 ədəd yeni zibil konteynerləri gətirilərək küçələrdə tikilmiş tullantıların müvəqqəti saxlanc kameralarına yerləşdirilib. Qeyd edək ki, qutuların mütəmadi olaraq artırılması bundan sonra da davam etdiriləcəkdir.
Şəhərimizin sakinlərindən xahiş edirik ki, tullantılarını müvəqqəti saxlanc yerlərində olan zibil qutularından kanara ataraq ərazini çirkləndirməsinlər."

Həmçinin o da bildirilmişdir ki, əksər hallarda bəzi vətəndaşlar öz zibillərinin daşınmasına görə müqavilə bağlamaqdan yayınır. Hal hazırda, Bolqarçayın sahilinə yaxın ünvanlarda, çaya zibilin atılmasının qarşın almaq üçün müvəqqəti saxlanc yerləri tikilərək, buradan da zibillər daşınır. Ancaq bu ərazilərdə sakinlər zibilin daşınmasına görə müqavilə bağlamır.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan