Biləsuvarda silahlı şəxs və narkokuryerlərə qarşı əməliyyat keçirilib
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sabirabad sakini Elburus Quliyev, paytaxt sakini Təhmuraz Kazımov və Salyan sakini Hüseyn Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Şirvan sakini Vüsal Məmmədov saxlanılıb. Ondan “Beretta" markalı tapança, 5 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Müzakirə edin
Həmçinin oxuyun:
18 oktyabr 2023, Çərşənbə
Biləsuvar polisi iranlını külli miqdarda narkotik və psixotrop maddə ilə saxladı
23 avqust 2023, Çərşənbə
Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO - VİDEO
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



Türkiyə
Pakistan
İsrail
Azərbaycan