» » Biləsuvarda Gənclər Günü qeyd edildi


Biləsuvarda Gənclər Günü qeyd edildi

Biləsuvar rayonunda 2 Fevral– Gənclər Günü qeyd edildi.

-Gənclər günü münasibətilə  rayon gəncləri  Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. 

 Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov gəncləri təbrik edərək, onlara xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki,  dövlət səviyyəsində, məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasəti nəticəsində bu gün  ölkəmizin, cəmiyyətimizin  həyatında  gənclərin rolu  əvəzsizdir. Gənclər  bizim  sabahımız, işıqlı gələcəyimizdir. Gənclər  cəmiyyətin  həyatında fəal iştirak edir, dövlət quruculuğu  işlərində, müstəqilliyimizin  və  dövlətçiliyimizin  inkişafında öz  dəyərli  töhvələrini  verirlər.Məhz  buna  görə  də   əsasən gənclərdən ibarət olan müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi. 
 Faiq Qürbətov gəncləri bir daha təbrik edərək, onlara ölkəmizin və rayonumuzun ictimai-siyasi həyatında daha da fəal olmağa, ölkəmizin inkişafına böyük töhfələr verməyə çağırıb. 

İcra başçısı rayonun ayrı-ayrı sahələrində fəaliyyət göstərən bir qrup gənci Fəxri Fərmanlarla təltif etdi.
Tədbirdə çıxış edənlər dövlət gənclər siyasətinin gənclərə töhfələrindən geniş danışaraq rayon gənclərinin böyük uğurlarından bəhs ediblər. 

Tədbir Rayon Gənclər Evində gənclərin iştirakı ilə geniş konsert proqramı ilə davam etdirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR