Rusiyanın “FOSAGRO” zavodunun nümayəndələri Biləsuvar DAİM-də fermerlərlə görüş keçirtdi

15.12.2023-cü il tarixdə Biləsuvar DAİM-in və “Agro Tac” MMC -nin təşkilatçılığı və Rusya Federasiyasının “FOSAGRO” zavodunun nümayəndələrinin iştirakı ilə fermerlərlə görüş keçirilmişdir.
“BİLESUVARİNFO” xəbər verir ki, görüşdə zavodun istehsal etdiyi gübrələrdən istifadə qaydaları, keyfiyyət göstəriciləri,məhsuldarlığa təsiri, torpaq iqlim şəraitinə uyğun gübrələrin tətbiqi mövzuları müzakirə olunmuşdur. Zavod nümayəndələri fermerləri maraqlandıran bir sıra suallara aydınlıq gətiriblər.
Gələcəkdə bu kimi görüşlərin keçirilməsi,fermerlərin bu istiqamətdə marifləndirilməsi ilə bağlı görüşlərin keçirilməsi barədə razılıq əldə edilmişdir. Fermerlər və təşkilatçılar görüş barədə müsbət təsuratlarını bildiriblər.



Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.