Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin təlimlərinə başlanılıb


“Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin təlimlərinə başlanılıb

25 noyabr 2023, Şənbə
599
0
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin təlimlərinə start verilib.

Təlimlər Biləsuvar rayonu V. Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində keçirilir. Belə ki, birinci təlimdə icra planına uyğun olaraq 25 oğlan üçün ayrı və 25 qız üçün ayrılıqda olmaqla, 50 şagirdə təlim keçirilib.

Layihə boyunca ümumi olaraq 12 təlim keçiriləcək. Daha sonra layihənin bağlanış mərasimi baş tutacaq və həmin şagirdlərə sertifikat təqdim olunacaq.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd məktəbdə 5-8-ci sinif şagirdlərində yeniyetməlik dövründə psixoloji, cinsi, emosional, intellektual, mədəni və mənəvi həyatlarının inkişafı zamanı yarana biləcək dəyişiklikləri, bu dəyişikliklərin hansı problemlərə səbəb ola biləcəyini göstərmək və həll yollarının tətbiq edilməsini nümayiş etdirməkdir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan