» » “Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin açılışı olub


“Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin açılışı olub


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı layihəsinin açılış mərasimi keçirilib. 


"Bilesuvarinfo"
xəbər verir ki, mərasim Biləsuvar rayonu V. Rüstəmov adına Ağayrı kənd tam orta məktəbinin akt zalında baş tutub. Tədbirdə layihə rəhbəri Aysel Nəsirova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə Təhsil Sektorunun nümayəndəsi Əlisafa Qəmbərov, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər və valideynlər iştirak edib. 

Öncə çıxış edən layihə rəhbəri A. Nəsirova layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd məktəbdə 5-8-ci sinif şagirdlərində yeniyetməlik dövründə psixoloji, cinsi, emosional, intellektual, mədəni və mənəvi həyatlarının inkişafı zamanı yarana biləcək dəyişiklikləri, bu dəyişikliklərin hansı problemlərə səbəb ola biləcəyini göstərmək və həll yollarının tətbiq edilməsini nümayiş etdirməkdir. Bildirib ki, layihə boyunca ümumi olaraq 12 təlim keçiriləcək. Təlimlərdə 25 oğlan və 25 qız olmaqla ümumilikdə 50 şagird iştirak edəcək. Daha sonra layihənin bağlanış mərasimi baş tutacaq və həmin şagirdlərə sertifikat təqdim olunacaq.

Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Qeyd edək ki, layihə 15 sentyabr-15 dekabr 2023-cü il tarixlərini əhatə edir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR