» » Biləsuvar şəhərinin 23 küçəsində asfaltlaşdırılma işləri aparılır


Biləsuvar şəhərinin 23 küçəsində asfaltlaşdırılma işləri aparılır

Biləsuvar şəhərinin küçələrinə asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.
"Bilesuvarinfo"nun məlumatına görə, icra hakimiyyəti tərəfindən ötən il görülən işlərin davamı olaraq cari ildə də şəhərin 23 küçəsində və 5 dalan hissəsində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işləri həyata keçirilir.

Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən  küçələrində artıq asfaltın örtük hissəsinin təmizlənməsi, deformasiya və dağılmalar olan hissələrin isə yenilənərək kipləşdirilməsi işləri aparılır. Artıq Biləsuvar şəhərinin 8 küçəsində asfaltlaşdırma işləri başa çatdırılıb. Bu küçələrdə ümumilikdə 3.8 km uzunluğunda  yeni asfalt örtüyü qoyulub. Bu il Biləsuvar şəhərində 23 küçədə və 5 dalanda ümumilikdə 10.8 km  asfalt-beton örtüyünün çəkilməsi işləri aparılacaqdır. 

Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur. Bunun üçün yaradılmış komisiya tərəfindən təmir və tikintisi daha vacib olan yollar müəyyənləşdirilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR