- 26 oktyabr, 11:35
- 994 dəfə oxunub
- 0
Tikilən möhtəşəm məktəb nəzərdə tutulandan tez istifadəyə veriləcək
İş icraçısı Vidadi İbrahimov “Bilesuvarinfo”ya açıqlamasında bildirmişdir ki, məktəbin tikintisini nəzərdə tutulan müddətdən tez başa çatdırılacaq. Bunun üçün iki növbəli iş rejiminə də keçmişik: “ “Biləsuvar Betonzavodu”nun rəhbərliyi və işgüzar kollektivi üzərlərinə düşən işin öhdəsindən bacarıqla, operativ gəlməsi tikinti işlərinin davamlı aparılmasında əhəmiyyətli olub. Artıq üçüncü mətəbədə hörgü, beton qəlbləmə işləri də yekunlaşır, ardınca məktəbin son mərtəbəsinin tavanı yüksək markalı betonla təmin olunacaq. Bəzən betonzavodun kollektivi nəzərdə tutulan zamandan artıq, qarşıya çıxan gözlənilməz çətinlərin həllində bizlə birgə çalışırlar. Hörgü işlərinin ardınca 7 korpusdan ibarət 3 mərtəbəli möhtəşəm məktəbin, 650 yerlik akt zalında, 460 yerlik yeməkxanasında və 72 sinif otağında digər tikiti işləri davamlı olacaq. Tikintisi 2000 kvt.mt ərazidə aparılan məktəbin iki bağlı və açıq meydançaları da tikilməkdədir.”
Qeyd edək ki, şəhid Rüfət Mikayılovun adınını daşıyan, 700 yerlik Bəydili kənd tam orta məktəbinin binası (1985-ci ildə istimarda idi) qəzalı vəziyyətə düşmüşdü. Məktəbdəki bu şəraitrsizlik bir qism şagirdin digər məktəblərdə təhsilini davam etdirməsinə səbəb olmuşdur.
Məktəbin mövcud durumu ilə bağlı kənd sakinlərinin ölkə rəhbərliyinə, Hedər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciət tezliklə cavablandırılıb. Kəndin gələcək perespektivi nəzərə alınmaqla, daha çox şagird yerlik, müasir tələb və normalar cavab verəcək məktəbin tikintisinə qərar verilib.