» » Çirkab suların təmizləmə və ceşidlənməsi məntəqəsi istismara tam hazırdır


Çirkab suların təmizləmə və ceşidlənməsi məntəqəsi istismara tam hazırdır


Biləsuvar şəhərində kanalizaziya xətlərinin çəkilişi işlərinin ardınca prezident İlham Əlyevin müvafiq sərəncamına əsasən tullantı suların tımizlənilmə və çeşidlənilməsi məntəqsinin tikitisinə başlanılıb.

“Bilesuvarinfo”xəbər verir ki, məntəqənin tikintisi məqsədilə görülən işlər başa çatdırılıb. Tikiti işlərinin həyata keçirən “TTİ” MMC-nin iş icraçısı Əflan Tağıyev bu məqsədlə həyata keçirilən tikinti işləri haqqında danışarkən bildirmişdir ki, dövlət sifarişi ilə layihənin keyfiyyətlə və zamanında reallaşdırmağa nail olduq:

-  Xırmandalı kəndində salınan məntəqənin tikintisi 3 mərhələdən ibarətdir. Biz hazırda tullantı suları təmizləyib və çeşidləməsini həyata keçirən, yüksən müasir texnaloji imkanlara malik məntəqənin tikitisini başa çatdırmışıq. Yaxın gələcəkdə, layihənin ikinci mərhələsində elə bu ərazidə (məntəqə daxilindəki- red) 4 bioloji təmizləmə avadanlıqlarının quraşdırılması və inzibati binaların tikitisini nəzərdə tutulub. Bununla, hazırlanacaq xammal, 3-cü mərhələdə yaradılacaq üzvü gübrələr zavodu üçün toplanacaq.
 
Biz layihəyə əsasən, 2 ha ərazidə 10 min kub tutuma malik çirkab suların təmizləmə və  ceşidlənmə məntəqəsində işləri tam başa çatdırdıq. Burada işlər yüksək dəqiqliklə içra olunub: “ Məntəqəyə daxil olan çirkab su öncə bu barmaqlıqlardan kecərkən tullantılar ayrılır. Sonra suyun tərkibindəki yağ və qum  növbəti qurğuda ayrılaraq, labarator yoxlanadan sonra texniki kimi istifadə olunacaq.


Bəli, ölkəmizdə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar sayəsində ötən müddətdə iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb.  Həyata keçirilən məqsədyönlü sayəsində   ölkəmizin sosial və iqtisadi infrastruktur quruculuğunda, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq, mislisiz uğurlara imza atılıb. Xüsusilə 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də  tarazlı şəkildə inkişaf etməsinə zəmin yaranıb."

Qələmə aldı: Surxay Şahbazov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR