» » Şəhid Zöhrabın 20 yaşı cənnətdə tamam olur


Şəhid Zöhrabın 20 yaşı cənnətdə tamam olur

Bu gün şəhid Zöhrab Kərimov cənnətdə ilk  doğum gününü qeyd edir.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidin doğum günu onun doğulub,  boya-başa çatdığı Biləsuvar şəhərində qeyd olunub. Rayon içtimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edib, məzarı ziyarətində əziz ruhuna dualar oxuyub. Silahdaşları onun vətən sevdalı oğul olmasından danışarkən  döyüşlərdə göstərdiyi rəşadətlərindən söz açıb.

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Zöhrab Azad oğlu Kərimov 2003-cü ildə Biləsuvar rayonunda anadan olub.

O, həqiqi hərbi xidmətinin 6 ayında,  ötən ilin sentyabırında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olub. Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Allah  rəhmət eləsin!.

Surxay Şahbazov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR