» » İT Mütəxəssis / Help Desk ixtisası üzrə bağlanış mərasimi keçirildi


İT Mütəxəssis / Help Desk ixtisası üzrə bağlanış mərasimi keçirildi


Biləsuvar rayonunda Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyinin Start İT MMC ilə birgə təşkil etdiyi Technest təqaüd proqramının İT Mütəxəssis / Help Desk ixtisası üzrə bağlanış mərasimi keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Start İT MMC-nin direktoru Azər Sanılı,  İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyi, layihə koordinatorları Ülkər Vəliyeva, Fərəh Əhmədova, Start İT MMC, Technest layihəsinin layihə koordinatoru Aydan Rzayeva, Start İT MMC, Technest layihəsinin proqram rəhbəri Diana Həziyeva, Start İT MMC, Biləsuvar rayonu üzrə təlimçi Şəmistan Alcanlı və gənclər iştirak etdilər.

Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirildi. 

Tədbirdə çıxış edən Ləman Yüzbaşova İKT sahəsinin Biləsuvar rayonunda daha da təkmilləşməsi baxımından mühüm addım olan proqramın rayonda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi və layihənin rayon gənclərinin bu sahədə olan bilik və bacarıqlarının daha da möhkəmlənməsinə zəmin yaratdığını qeyd etdi.

Daha sonra Azər Sanılı və Fərəh Əhmədova çıxış edərək proqramın ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaq baxımından faydalı olduğunu qeyd etdilər. 

Gənclər çıxış edərək proqramın İKT sahəsində olan biliklərini daha da təkmilləşdirmələrinə töhfə verdiyini vurğuladılar. 

Tədbirin sonunda proqramın məzunlarına sertifikatlar təqdim olundu və xatirə şəkli çəkildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR