Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Yol qəzası daha bir can aldı


Yol qəzası daha bir can aldı

14 iyul 2023, Cümə
1 325
0
Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

"Bilesuvarinfo" xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb. 

Belə ki, rayonun Bağbanlar kənd sakini Şəmmədov Mirsitun Mirhəbib "Vaz 2101" markalı minik avtomobili ilə qonşu Zəhmətabad kəbdində hərəkətdə olarkən, həmin kənd sakini olan 2013-ci il təvəllüdlü Əliyeva Leyla Araz qızını vurub.

Qəzada ağır xəsarət alan yeniyetmə xəstəxanaya aparılarkən dünyasın dəyişib. 

Son illər kənd  yollarına asfalt örtüyünün qoyulması hərəkət iştirakçılarının rahatlığına xidmət etmişdir. Ancaq çox təəssüf, bir zamanlar arzu olunan rahat yollarla hərəkətdə olarkən bəzi sürücülər sürət həddinə əməl etmir. Bu səbəbdən, ötən dövrdə digər kəndlərdə də baş verən qəzalarda da ölən və xəsarət alanlar qaçılmaz olub. 

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan