Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Son 2 gündə Biləsuvarda niyə internetdə fasilə yarandı ? - RƏSMİ AÇIQLAMA


Son 2 gündə Biləsuvarda niyə internetdə fasilə yarandı ? - RƏSMİ AÇIQLAMA

10 iyul 2023, Bazar ertəsi
935
0

Son 2 gündə Azərbaycanın cənub bölgəsində - Biləsuvar və Cəlilabad rayonlarında telekommunikasiya xidmətləri ilə təchizatda müvəqqəti çətinliklər olub.

Bu barədə "Bilesuvarinfo"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-dən bildirilib.

Məlumata görə, iyulun 8-i günorta saatlarında Biləsuvar şəhəri, Azadlıq küçəsində bir sakin qazıntı işi apararkən şirkətin ərazidən keçən magistral xəttini zədələyib. Problem dərhal aradan qaldırılıb və telekommunikasiya xidmətlərinin göstərilməsi bərpa olunub.

İyulun 9-u səhər saatlarında isə "Aztelekom"un Salyan-Ələt magistral xətti zədələnib. Qəza nəticəsində Cəlilabad rayonunda internet və rabitə xidmətində fasilələr meydana gəlib. "Aztelekom"un əməkdaşları yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirib. Hazırda xidmətlərin göstərilməsində hər hansı çətinlik müşahidə olunmur.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan