- 27 yanvar, 01:03
- 623 dəfə oxunub
- 0
Bu xəndəklərdən hər gün yüzlərlə adam keçsə də ... - Yenilənib
“Bilesuvarinfo”ya bu narahatçılığı dilə gətirən sakinlər onu da bildirmişlər ki, səhiyyə müəssisəsi ətrafında xəndəklərin olması təcili tibbi yardım maşınlarının hərəkəti üçün də xüsusi bir maneədir. Sürücülərin qarşısına qəfildən çıxan bu xəndəklər maşınlarda texniki nasaslıqlara gətirir. Yağışlı havada yaranan gölməçələr ətrafın çirklənməsinə də səbəb olur. Yerli qurumları bu haqda məlumatlı etsək də, bildirilmişdir ki, problem ərazidə iş görən podratçı təşkilatlar tərəfindən aradan qaldırılmalıdır.
“Bilesuvarinfo” olaraq yaranan problemlə əlaqədar “AKTİV. A” MMC - nin iş icraçısı Kənan adlı şəxslə telefon əlaqəsi saxlayıb məsələyə münasibətini öyrənməyə çalışdıq. O, hazırda bu vəzifəni daşımadığını bildirdi. “Bu haqda kimdən münasibət öyrənə bilərik?” – soruşduqda, Kənan bəy Biləsuvar Telekomnukasiya Qovşağını məsləhət bildi.
Qeyd edək ki, Bləsuvar Telekomnukasiya Qovşağı tərəfidən məsələyə münasibət bildirilib. Problemin olması təsdiqlənərək, podratçı təşkilat qarşısında təkrar məsələ qaldırıldığı, yaxın günlərdə xəndəklərdə betonlama işlərinin aparılacağı vurğulanıb.
****
31.01.2023 - Bu gün “AKTİV. A” MMC - nin əməkdaşları tərəfindən qazıntı işlərindən sonra əmələ gələn xəndəyə beton örüyü qoyulub. (Yağış yağması işin keyfiyyətinə mənfi təsiri oldu)